Kür çayında batan şəxsin cəsədi tapılıb
12 iyun 2012 10:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Kür çayında batan şəxsin cəsədi tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1960-cı il təvəllüdlü İlyas Mehdi oğlu Hüseynov Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində çimərkən batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar. İ. Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 20 metr aralıda “Salyan” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə
Onlayn alış-veriş edənlərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
08:50
9 may 2024
Qazaxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
08:46
9 may 2024
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024