Fransa İrana qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır

Fransa İrana qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır
# 20 iyun 2012 12:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana qarşı sanksiyalar sərtləşdirilməlidir”. APA-nın məlumatına görə, bunu Fransa xarici işlər naziri Loran Fabius iyunun 18-19-da İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin nəticəsiz başa çatmasından sonra bildirib.

Onun sözlərinə görə, İran müzakirələrə ciddi yanaşmır: “Ona görə də sanksiyaların daha da sərtləşdirilməsinə ehtiyac var. Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldə İrandan neft idxalına qarşı iyulun 1-dən etibarən sanksiya tətbiq olunması barədə verdikləri qərar mütləq qüvvəyə minməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR