Əli Əsgər Sultaniyyə: “İranın nüvə proqramı siyasiləşdirilməməlidir”

Əli Əsgər Sultaniyyə: “İranın nüvə proqramı siyasiləşdirilməməlidir”
# 14 sentyabr 2012 10:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyyə qurumun İdarə Heyətinin yığıncağında ölkəsinin mübahisəli nüvə proqramı ilə bağlı qəbul edilmiş qətnaməyə münasibət bildirib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, Ə. Sultaniyyə deyib ki, bu qətnamə problemi daha da çıxmaza sürükləyir və hadisəni siyasiləşdirir: “Bu qətnamə problemin aradan qaldırılmasına dair ən kiçik bir faydası olmayacaq”.

Onun sözlərinə görə, AEBA müşahidəçiləri Parçin hərbi-sənaye kompleksini 2004 və 2005-ci illərdə iki dəfə ziyarət ediblər. Ə. Sultaniyyə vurğulayıb ki, İran agentliklə əməkdaşlıq edir və bunu da açıq şəkildə davam etdirir: “İranın nüvə proqramı siyasiləşdirilməməlidir”.

İranın NPT müqaviləsi çərçivəsində öhdəliklərinə bağlı qaldığını deyən Ə. Sultaniyyə bildirib ki, rəsmi Tehran nüvə enerjisi istehsal etmək hüququndan əsla geri addım atmayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR