Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçirilib
# 22 iyun 2012 11:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçirilib. Bu barədə APA-ya komitə üzvü Zahid Oruc məlumat verib. İclasda iki məsələ müzakirə olunub. Bunlar “Azərbaycan Respublikası hökuməti və Qırğız Respublikası hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”dir.

Sənədlərdə fövqəladə halların aradan qaldırılmasında qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, bu sahədə elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması, həyata keçirilməsi, tədqiqat işlərinin nəticələrinin mübadiləsi və digər məsələlər əksini tapıb.
Hər iki layihə müzakirə olunaraq MM-in plenar iclasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR