«Rabitəbank» təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir

«Rabitəbank» təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir
# 01 oktyabr 2013 08:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC müxtəlif peşə sahibləri üçün başladığı kredit kampaniyalarını davam edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni kampaniya 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təhsil işçilərinə şamil ediləcək.

Bankdan 2 illik nağd pul krediti alan təhsil sahəsinin nümayəndələrinə son 1 ilin kredit faizləri hədiyyə olunacaq. Belə ki, təhsil sahəsində çalışan hər bir şəxs «Rabitəbank»dan istənilən məqsəd üçün 24 aylıq nağd pul krediti aldığı təqdirdə son 12 ay kredit üzrə faiz ödəməyəcək. Kampaniya çərçivəsində 18 ay kredit alan müəllimlərin faizsiz güzəşt dövrü son 6 ay, 12 aylıq kredit götürənlərdə isə son 3 ay təşkil edəcək. Kampaniya noyabrın 10-dək davam edəcək.


Güzəştli krediti təhsil sahəsində çalışan hər kəs, o cümlədən universitet, məktəb, bağça, internat, musiqi məktəbi, elmi institut və təhsil şöbəsi kimi müəssisələrdə çalışan müəllimlər, elmi işçilər və inzibati işçilər ala biləcək.


Güzəştli kredit əldə etmək üçün təhsil sahəsinin işçiləri «Rabitəbank»ın istənilən filialına müraciət edə bilər. Hazırda «Rabitəbank»ın Bakıda 7 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Ağsu, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir. Əlavə məlumatı Bankın www.rabitabank.com saytından və 133 nömrəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR