Göyçayda üç maşın toqquşub, piyada xəsarət alıb

Göyçayda üç maşın toqquşub, piyada xəsarət alıb
# 28 iyun 2014 12:06 (UTC +04:00)

Göyçay. Zahid Abışov - APA. Göyçayda baş verən zəncirvarı qəza nəticəsində piyada xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 12:30 radələrində şəhərin Nizami küçəsində yerləşən “Bioloji Təbabət” klinikasının qarşısında baş verib.

“VAZ-2106” markalı minik maşını taksi fəaliyyəti ilə məşğul olan, dayanmış “VAZ-2107” markalı minik maşınını vurub. “VAZ-2107” markalı maşın isə təcili yardım maşınına çırpılıb. Nəticədə anası ilə birlikdə taksiyə minmək istəyən Qəbələ rayon sakini, 16 yaşlı Səlimli Aygün İxtiyar qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti sabitdir. Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR