Moskvada "Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb

Moskvada "Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb
# 05 sentyabr 2013 08:25 (UTC +04:00)

Bakı-APA. Moskvada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin "Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, kitab müəllif tərəfdən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir.

Beş fəsildən ibarət olan kitabda Heydər Əliyevin 1993 - 2003-cü illərdə prezidentliyi dövründə qoyulmuş dövlətçilik fundamenti üzərində ölkənin müstəqil daxili və xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, həmçinin prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilib.

Kitabın “Milli dövlətçiliyin əsaslarının yaradılması” mövzulu birinci fəslində, “Müstəqil Azərbaycanın enerji strategiyası” mövzusunda olan ikinci fəslində “Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi”, “Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru”, “Dövlət neft şirkəti - şəffaflıq şərtlərində yatırımlar” mövzuları, “Dünya İnkişafının dinamikası: Azərbaycanın rəqabətə davamlılığı” mövzusunda olan üçüncü fəslində “İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçik və orta sahibkarlığa dəstək”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Gələcəyə baxış - Azərbaycan-2020” mövzuları, “Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin orientasiyası”, “Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi”, “Dünya birliyində özünümüəyyənetmə”, “Rusiya, Amerika Birləşmiş Ştatları, NATO və Avropa Birliyi Cənubi Qafqaz siyasətinin mərkəzində”, “İslam dünyası ilə əlaqə - praqmatizm və balans” mövzuları, “Müasir Azərbaycan milli “Azərbaycançılıq” ideyası kimi” mövzusunda olan beşinci fəslində “Yeni siyasi məkan və müasirləşdirilmə”, “Yaradıcı gənclər - Azərbaycanin inkişafının generatorudur” mövzuları öz əksini tapıb.

Kitab rus dilindədir. Azərbaycanda və Rusiyada satış üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR