Gəncədə evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Gəncədə evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb
# 12 may 2014 08:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq edilib.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Bayan küçəsində yaşayan, Afət Qasımova İdarəyə ərizə ilə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evin mətbəxinin pəncərəsinin nəfəsliyindən evə daxil olaraq yataq otağında sandıqların birindən 14 min 50 manat pulu və təxminən 2 min manat dəyərində olan müxtəlif çeşidli qızıl zinət əşyalarını aparıblar.

Gəncə şəhər Baş Polis İdarəsində oğruluq edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR