Azərbaycan futbol yığması Almaniyadakı ənənəvi turnirdə ilk oyununu keçirib

Azərbaycan futbol yığması Almaniyadakı ənənəvi turnirdə ilk oyununu keçirib
# 23 iyul 2014 12:05 (UTC +04:00)

Bakı – APA. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş ənənəvi turnirdə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız Almaniyanın Meklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb.

Millimiz bu qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Fərid Nəbiyev vurub.

Qeyd edək ki, yığmamız turnirdəki 2-ci oyununu Baden regionunun yığmasına qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR