Bakıda tuneldə qəza baş verib, yaralanan var - FOTO - VİDEO

Bakıda tuneldə qəza baş verib, yaralanan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 dekabr 2013 19:18 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bu gün axşam saatlarında Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə “Gənclik” metrostansiyasının yaxınlığındakı tuneldə baş verib. Atatürk prospekti istiqamətində hərəkət edən “Lexus” markalı 90 SN 704 dövlət nömrə nişanlı avtomobil tunelin divarına dəyərək aşıb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. Hazırda sürücü həkim müayinəsindən keçirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Məhəmməd İmamverdiyevin APA-ya verdiyi məlumata görə, qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.

Qəza nəticəsində tuneldə tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR