Gülər Əhmədova: “Cəmil Həsənli və onun yanında oturan mandatı əlindən çıxanların hansı mandatı pulla almışdı?”

Gülər Əhmədova: “Cəmil Həsənli və onun yanında oturan mandatı əlindən çıxanların hansı mandatı pulla almışdı?”
# 21 oktyabr 2013 10:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu keçmiş deputat Gülər Əhmədova bu başlayan məhkəmə prosesində çıxışı zamanı deyib.

G. Əhmədova bildirib ki, söhbət təkcə ondan yox, ABŞ-da təhsil alan oğlundan və digər övladlarından gedir: “Bununla onların həyatlarını təhlükəyə atırlar. Əl-qolum bağlıdır deyə, adına siyasətçi deyən bir neçə nəfər ağzına gələni danışır. Həbsdə olmasaydım, onların heç biri buna cürət etməzdi.

Keçmiş həmkarım Cəmil Həsənli mənə mandat alverçisi deyib. Gəlsin bura, ona çox şeyi sübut edərəm. Onun kimi qadın dalınca danışan deyiləm. Cəmil Həsənli və onun yanında oturan mandatı əlindən çıxanların hansı biri mandatı pulla almışdı? Mən Cəmil Həsənli, ABŞ və ATƏT nümayəndələrini burada görmək istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR