İqtisad Universitetinin rektoru tələbələrin aksiya keçirəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib

İqtisad Universitetinin rektoru tələbələrin aksiya keçirəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib
# 13 noyabr 2013 15:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Şəmsəddin Hacıyev ali məktəb tələbələrinin aksiya keçirəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib. APA-nın xəbərinə görə, tələbələrin gələn həftə rüşvətxorluq hallarına qarşı aksiya keçirəcəyi barədə məlumatları şərh edən rektor bu barədə məlumatsız olduğunu deyib: “Öz universitetimizin timsalında deyə bilərəm ki, bu qətiyyən mümkünsüzdür. Universitet ardıcıl olaraq islahatlar aparır, təhsil müəssisəsində müəllim-tələbə münasibətlərində heç bir mənfi hallar və problem ola bilməz. Universitetə qarşı bu cür ittihamlara rast gəlməmişəm, ümumiyyətlə, belə hallar ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR