Masallıda “Bəbirləri qoruyaq!” yay düşərgəsi başa çatıb - FOTOSESSİYA

Masallıda “Bəbirləri qoruyaq!” yay düşərgəsi başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyul 2014 18:18 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, iyulun 9-dan Lerik, Lənkəran və Astara rayonlarından 30-dan çox məktəblinin qatıldığı düşərgə Masallı rayonunda təşkil olunub.

Düşərgədə məktəblilər 3 gün ərzində bəbirlərin həyat tərzi, yayıldığı ərazilər, onların əhəmiyyəti haqqında geniş məlumat əldə etməklə yanaşı, həmçinin müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar şəhadətnamə və xatirə hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, Qafqaz bəbirinin qorunmasına yönəlmiş layihə WWF tərəfindən 2002-ci ildən başlayıb. Bu dövr ərzində Azərbaycanda bəbirlərin 4 ərazidə məskunlaşdığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR