Tatarstanda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Tatarstanda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
# 11 yanvar 2014 20:46 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Tatarstan respublikasında baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Tatarstan DİN-in açıqlamasında bildirilir.

Məlumata görə, Kazan-Orenburq magistral yolunun 123-cü kilometrliyində “Mercedes” və “Ford Fokus” markalı avtomobillər toqquşub.

Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub, qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR