Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 25 oktyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin sentyabr ayı üzrə 108,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayı ilə müqayisədə 1,3 faiz bəndi çoxdur.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Hesabat ayında indeks 100%-dən yuxarı səviyyədə olub ki, bu da sentyabrda əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir. Belə ki, sentyabrda əhaliyə 601,3 mln. manat həcmində pullu xidmətlər göstərilib, avqustda isə bu həcm 555,1 mln. manat olub. Müqayisə üçün bildirək ki, iyul ayında bu göstərici 518,9 mln. manat təşkil edib.

Ümumilikdə, yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4,457 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7,2% çoxdur. Əhaliyə pullu xidmətlərin ÜDM-də xüsusi çəkisi 10,4%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR