Azərbaycanda aktiv sürüşmə sahələrində vəziyyət stabildir

Azərbaycanda aktiv sürüşmə sahələrində vəziyyət stabildir
# 23 sentyabr 2013 12:27 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib.

B. Qaralov deyib ki, hazırda aktiv sürüşmə sahələrində vəziyyət stabildir: “Sürüşmə zonalarında heç bir aktivləşmə müşahidə olunmur. Həmin ərazilər müşahidəmiz altındadır”.

Qeyd edək ki, oktyabr ayından etibarən sürüşmə zonalarında monitorinqlərə start veriləcək. Monitorinqlər aktiv sürüşmə sahələrində, Azərbaycanın şimal və cənub regionlarında, Kiçik Qafqaz ərazisində aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR