İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 16 aprel 2013 10:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, Mehdi Kuxiyan aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb.

Qeyd edək ki, Mehdi Kuxiyan Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas Vəlizadəyə isə 8 il həbs cəzası verib.

Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Əgər qərar yuxarı instansiya məhkəməsi tərəfindən təsdiqlənərsə, azərbaycanlı fəallar həbs cəzası çəkməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR