HƏMAS lideri İrandan Fələstinə dəstəyini davam etdirməsini istəyib

HƏMAS lideri İrandan Fələstinə dəstəyini davam etdirməsini istəyib
# 28 iyun 2014 10:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Məşəl İran prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, sənəddə İran xalqından İsrail qarşısında Fələstin xalqına dəstəyi ilə bağlı mövqeyini davam etdirməsi istənilib: “Fələstin xalqının İsrail rejimi qarşısında müqavimətini davam etdirməsi üçün müsəlman ölkələrinin dəstəyinə ehtiyacı var. Çünki sionist rejiminin son hücum və cəhdlərində xeyli sayda fələstinli həbs olunub. İrandan bu mövzuda beynəlxalq arenada İsrail rejiminin hücumlarının dayandırılması məqsədilə səy göstərməsini istəyirik”.

Məktubda həmçinin dünya ictimaiyyətinin səssiz qalmasının İsrailin hücumlarının daha da artması və həyasızlaşmasına səbəb olduğu xatırladılıb, Qəzzaya yönəlik mühasirənin hələ davam etdiyi və İsrail həbsxanalarında 5 mindən çox fələstinli əsirin olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR