Bakıda ticarət mərkəzində bıçaqlanma hadisəsi törədən şəxsə hökm oxunub

Bakıda ticarət mərkəzində bıçaqlanma hadisəsi törədən şəxsə hökm oxunub
# 21 aprel 2015 14:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində başqasına xəsarət yetirməkdə təqsirləndirilən İsmayıl Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Abbasov Bakının Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində Bakı şəhər sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR