Belarus da Türkiyə ilə viza rejimini ləğv edir

Belarus da Türkiyə ilə viza rejimini ləğv edir
# 29 mart 2013 10:45 (UTC +04:00)

Bakı-APA. Türkiyə ilə Belarus arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanacaq. APA-nın məlumatına görə, sazişin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bu gün Minskə səfəri çərçivəsində imzalanması nəzərdə tutulur. Türkiyə Xarici İşlər Nazirliyi viza rejiminin sadələşdirilməsi haqqında saziş üzərində işin artıq tamamlandığı və adı çəkilən sənədin bu gün Minskdə imzalanacağı barədə məlumat yayıb. Əhməd Davudoğlu Belarus rəsmiləri ilə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı da müzakirələr aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR