Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub

Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılışı olub
# 22 sentyabr 2015 08:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov iştirak edib. Təhsil naziri qalereyanın ən müasir avadanlıqları ilə təchiz edildiyini bildirib. 

 

M. Cabbarov qeyd edib ki, qalereyada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb: "Yeni üslubda mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

O da qeyd olunub ki, qalereyada şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. Qalereyada  həmçinin "Qrafika və rəngkarlıq", "Rəqəmsal təsvir" dərnəkləri fəaliyyət göstərəcək. Dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub.
 
Eyni zamanda, qalereyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.

Qeyd edək ki, sərgidə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR