Zaqatalada zəhərlənmə hadisəsi baş verib

Zaqatalada zəhərlənmə hadisəsi baş verib
# 26 iyul 2014 20:44 (UTC +04:00)

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Əliabad qəsəbə sakini, 1998-ci il təvəllüdlü Sevinc Abdulla qızı Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxananın qəbul şöbəsinə daxil olub.

Həkim araşdırmasından sonra məlum olub ki, Sevinc Musayeva bilməyərək sirkə turşusu qəbul edib. Müvafiq ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti stabil hesab edilir, müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR