SKMF Masallıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Masallıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 19 noyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Masallı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, Fond Masallı rayonunun Ərkivan kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Masallı rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin yaradılması, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması, kiçik həcmli tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR