Azərbaycanda türkiyəli iş adamını öldürən şəxsə hökm oxunub

Azərbaycanda türkiyəli iş adamını öldürən şəxsə hökm oxunub
# 10 iyun 2014 14:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əllizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Əşrəf oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Qaradağ rayon Ələt qəsəbə sakini Rasim Əşrəf oğlu Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR