Bakı – APA. Venesuelada son iki həftə ərzində polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 17 nəfər ölüb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş prokuroru Luiza Orteqa bəyan edib.
Qeyd edək ki, Venesuelada fevralın 12-dən etibarən başlayan kütləvi iğtişaşlarda 50-dən artıq adam ölüb.