ETSN: Yağış yağacağı təqdirdə İsmayıllı rayonunda torpaq sürüşməsi aktivləşə bilər

ETSN: Yağış yağacağı təqdirdə İsmayıllı rayonunda torpaq sürüşməsi aktivləşə bilər
# 27 may 2015 08:49 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə. Piriyev bildirib ki, torpaq sürüşməsi kəndin sol yamacında baş verib: “Sürüşmə atmosfer yağıntılarının düşməsi nəticəsində baş verib. Əvvəllər də bu ərazidə sürüşmə hadisəsi olub. Sürüşmənin uzunluğu 2,5-2,7 kilometr, eni isə 400-450 metrdir. Hadisə nəticəsində iki ev sıradan çıxıb. Həmin evdə yaşayan sakinlər hazırda qohumlarının evində məskunlaşıblar. Sürüşmənin dilinə yaxın ərazidə də 3 ev var. Hələlik o evlərə zərər dəyməyib. Dağ şəraitidir, yəqin, yağış yağsa, sürüşmə aktivləşəcək, həmin evlərə də zərər dəyəcək”.

Qeyd edək ki, mayın 20-də İsmayıllı rayonunun Xankəndi kəndində torpaq sürüşməsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR