Sabah Gəncədə AMEA-nın Rəyasət Heyətinin səyyar iclası keçiriləcək

Sabah Gəncədə AMEA-nın Rəyasət Heyətinin səyyar iclası keçiriləcək
# 13 fevral 2014 09:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin AMEA-nın Gəncə Bölməsində səyyar iclası keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncəyə yola düşüb.

Tədbirdə Gəncə Bölməsinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və bölmənin elmi müəssisələrində doktoranturaya qəbulun nəticələri ilə bağlı məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR