Yükdaşıma ilə məşğul olan şəxslərin məsuliyyətinin sığortasının könüllü qaydada həyata keçirildiyi hallar müəyyənləşib

Yükdaşıma ilə məşğul olan şəxslərin məsuliyyətinin sığortasının könüllü qaydada həyata keçirildiyi hallar müəyyənləşib
# 19 avqust 2014 09:13 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişikliyə əsasən daşıyıcının məsuliyyətinin hansı hallarda sığortasının könüllü qaydada həyata keçirildiyi müəyyənləşib.

Bura “Avtomobil nəqliyyatı haqqında” qanunun 53-cü, 54-cü və 55-ci maddələri üzrə nəzərdə tutulmuş məsuliyyət halları daxildir. Başqa sözlə, qanuna əsasən avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinə uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsinə və ya vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı Azərbaycan qanunvericiliyi, habelə tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Yükün və ya baqajın daşınma üçün qəbul edildiyi vaxtdan yükalana, sərnişinə və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək itirilməsinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan baş verdiyi sübut edilmədikdə, daşıyıcı məsuliyyət daşıyır. Eyni zamanda daşıyıcı yük və ya baqaj itirildikdə, yaxud əskik çıxdıqda müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış yükün və ya baqajın dəyəri, yük və ya baqaj zədələndikdə (xarab olduqda) onun dəyərinin azaldığı miqdarda, zədələnmiş yükü bərpa etmək mümkün olmadıqda isə, onun tam dəyəri, qiyməti elan olunmaqla avtomobil nəqliyyatı ilə daşınmaq üçün təhvil verilmiş yük və ya baqaj itirildikdə həmin yük və ya baqajın elan olunmuş qiyməti miqdarında zərəri ödəməlidir. Daşıyıcı həmin yükün və ya baqajın həqiqi dəyərinin elan olunmuş qiymətdən aşağı olduğunu sübut etdikdə isə - yükün və ya baqajın həqiqi dəyəri miqdarında zərəri ödəməlidir. Daşıyıcı yükün və ya baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsi (xarab olması) ilə əlaqədar müəyyən edilmiş zərəri ödəməklə yanaşı, həmin yükün və ya baqajın daşınmasına görə alınmış daşınma haqqını da (daşınma haqqı yükün və ya baqajın dəyərinə daxil olmadıqda) yükgöndərənə (yükalana), sərnişinə və ya səlahiyyəti olan digər şəxsə qaytarmalıdır. Avtonəqliyyat vasitəsinin ləngiməsi səbəbindən sərnişinin daşımadan imtina etdiyi hallarda daşıyıcı (avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı) daşınma haqqını tam məbləğdə sərnişinə geri qaytarmalıdır. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nda edilən son dəyişikliyə əsasən isə əgər daşıyıcı könüllü qaydada bu hallarda məsuliyyətini ilə bağlı sığorta şirkəti ilə sığorta müqaviləsi bağlayarsa, dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək.

“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nda yük daşınmasından irəli gələn tələblərə dair iddia və iddia müddəti ilə bağlı şərtlər də ləğv olunub. Mövcud qaydaya əsasən yük daşınmasından irəli gələn tələblərə dair iddia müddəti 1 il müəyyən edilmişdi və daşıyıcıya qarşı pretenziyalar sifarişçi tərəfindən iddia müddəti ərzində irəli sürülə bilərdi. Artıq hər iki tələb ləğv olunub və söhbət bundan sonra yalnız sifarişçi tərəfindən ekspeditora, yükgöndərən tərəfindən yükalana və ya əksinə pretenziya hüququndan gedəcək. Sifarişçi tərəfindən ekspeditora, yükgöndərən tərəfindən yükalana və ya əksinə pretenziya irəli sürmək hüququnun verilməsi halları istisna olmaqla, sifarişçi, yükgöndərən və ya yükalan pretenziya irəli sürmək hüququnu digər hüquqi və ya fiziki şəxslərə verə bilməzlər. Bu halda əmtəə-nəqliyyat qaiməsində yükgöndərən (yükalan) və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış müvafiq qeyd edilir. Pretenziya tərtib edən yükgöndərənin (yükalanın və ya ekspeditorun) tələbi üzrə daşıyıcı ödənilməli məbləğdən pretenziyanın yazılı formada ona göndərildiyi gündən illik 5% hesablanmaqla faiz ödəməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR