Azərbaycanda ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə yeni strategiya hazırlanır

Azərbaycanda ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə yeni strategiya hazırlanır
# 19 dekabr 2014 11:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycanda ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədi ilə yeni strategiya planı hazırlanır.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Olaf Haydelbax jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu strategiya planı layihəsi Aİ-nin və “Oxfam” Beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliklərinin, eləcə də Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye Nazirliklərinin dəstəyi ilə kiçik fermer təsərrüfatlarının inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsini nəzərdə tutacaq.

O. Haydelbax qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş imkanlar və perspektivlər var, xüsusilə də, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün bu sahəyə diqqəti artırmaq lazımdır: “Avropa İttifaqının Azərbaycan nümayəndəliyi bu istiqamətdə Azərbaycana dəstək verməyə, hökumətlə əməkdaşlıq etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR