Türkiyə XİN-i Fransaya AÇ-yə yollanacaq vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə XİN-i Fransaya AÇ-yə yollanacaq vətəndaşlarına xəbərdarlıq edib
# 09 iyun 2016 23:53 (UTC +04:00)

Bakı-APA. Türkiyə Xarici İşlər Nazirliyi Avropa çempionatını izləmək üçün Fransaya yollanacaq vətəndaşlarına xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, müraciət yayımlayan XİN vətəndaşlardan xüsusilə ictimai nəqliyyatlarda və insanların kütləvi toplaşdığı məkanlarda diqqətli olmağı tövsiyə edib.

Müraciətdə bir müddət öncə Fransada baş verən terror hadisələrindən sonra yerli hökumətin fövqəladə hal vəziyyətini qitə birinciliyi ilə əlaqədar 2 ay daha uzatdığını vurğulayan qardaş ölkə rəsmiləri oyunların baş tutacağı stadionlarda görüləcək təhlükəsizlik tədbirlərinə uymağa və qaydalara riayət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR