Ağdam sakini atasının maşınını aşırıb, üç nəfər yaralanıb - FOTOSESSİYA - VİDEO

Ağdam sakini atasının maşınını aşırıb, üç nəfər yaralanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 yanvar 2014 08:30 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda baş verən yol qəzası üç nəfərin xəsarət almasına səbəb olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Xındırıstan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Hüseynov Tengiz Tariyel oğlu atasına məxsus 50 BH 949 nömrə nişanlı “VAZ-21099” markalı minik maşınını aşırıb. Nəticədə sürücü özü və sərnişinləri - Ağdam rayon Xındırıstan kənd sakini, 1996-cı ildə anadan olmuş İbrahimov Təbriz Natiq oğlu və həmyaşıdı, Ağdam rayonu Quzanlı qəsəbə sakini Abdullayev Şəhriyar Mais oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Tengiz Hüseynovun vəziyyəti ağır olduğundan, o, Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ağdam MRX-dan verilən xəbərə görə, yaralanan sərnişinlərin vəziyyətləri kafidir. Sürücünün də həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR