Azərbaycanda çimərliklərində monitorinqlərə başlanılıb

Azərbaycanda çimərliklərində monitorinqlərə başlanılıb
# 21 may 2015 11:07 (UTC +04:00)

Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, prosesə mayın 15-dən başlanıb və sentyabrın 15-dək davam edəcək. Monitorinqlər zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılır. Çimərliklərdən dəniz suyunun nümunələri götürülərək laborator müayinələri aparılır, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçirilir.

Bu günədək Binəqədi, Sabunçu, Xəzər, Suraxanı rayonunda suyun laborator nümunələr götürülüb, sabah bu işlər Qaradağ rayonunda davam edəcək. Respublikanın şimal və cənub rayonlarında bu prosesi xidmət sahənin nümayəndələri müvafiq analizlər götürürlər.

Bütün çimərliklərdən montiorinqlər götürülür, analizlər götürülür tədqiqatlar aparılır. Bütün laborator analizlərin nəticələrinə əsasən, sonda çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR