Rusiyada 25 mərtəbəli bina yanıb

Rusiyada 25 mərtəbəli bina yanıb
# 21 sentyabr 2014 20:06 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Krasnoyarsk şəhərində 25 mərtəbəli bina tamamilə yanıb.

APA-nın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binadakıları təhliyə ediblər.

İlkin məlumata görə, yanğın 18-ci mərtəbədə baş verib.

Yanğının söndürülməsinə bir neçə saat sərf olunub.

Yanğının söndürülməsi üçün havaya helikopter qaldırılıb.

Qeyd edək ki, yanan bina 2011-ci ildə inşa edilib. Binada 120 mənzil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR