«Nikoil Bank» nizamnamə kapitalını artırır

«Nikoil Bank» nizamnamə kapitalını artırır
# 01 avqust 2013 10:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Nikoil Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 6 mln. ədəd, emissiyanın ümumi həcmi isə 12 mln. manat təşkil edir. Sözügedən səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək və yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 55,5% artaraq 34,5 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib Invest» şirkəti (19%) olan «Nikoil Bank» 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin əvvəlində bankın aktivləri 211,020 mln. manat, kredit portfeli 184,277 mln. manat, depozit portfeli 120,681 mln. manat, məcmu kapitalı 31,226 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR