FHN Qusarda leysanın vurduğu ziyanla bağlı məlumat açıqlayıb

 FHN Qusarda leysanın vurduğu ziyanla bağlı məlumat açıqlayıb
# 17 sentyabr 2015 13:13 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da axşam saatlarında nazirliyə Qusar rayonu ərazilərində leysan xarakterli yağış yağması barədə məlumat daxil olub.

Əraziyə nazirliyin Şimal Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları və Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələri cəlb olunub. Qusar şəhəri, Çiləgir və Köhnə Xudat kəndləri üzrə ümumilikdə 19 tikili qismən su altında qalıb, onlardan 3 ev dağılıb, 3 nəfər vətəndaş Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən dağıntılar altından xilas edilib, xəsarət alan bir nəfər isə aidiyyəti üzrə təhvil verilib. Hazırda nazirliyin əraziyə cəlb olunmuş qüvvələri tərəfindən su çəkmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR