«Günaybank» nizamnamə kapitalını artırır

«Günaybank» nizamnamə kapitalını artırır
# 07 fevral 2014 12:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Günaybank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Emissiyanın həcmi 9 996 470 manat, bir səhmin nominal dəyəri 4 783 manat təşkil edir. Yerləşdirmədə anderrayter qisimində «Standard Capital» MMC çıxış edəcək.

Qeyd edək ki, yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 76,8% artaraq 23,020 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR