Berti Foqts: “O, Almaniyanın ən yaxşı hücumçularından biridir”

Berti Foqts: “O, Almaniyanın ən yaxşı hücumçularından biridir”
# 19 sentyabr 2013 12:39 (UTC +04:00)

Bakı-APA. “Maks Kruz çox güclü futbolçudur. Meydanda hər şeyi düzgün edən futbolçunun qol durumu çox yüksəkdir”. Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.


Futbolçu karyerası boyu sadiq olduğu Almaniya “Borussiya”sının (Mönhenqladbax) çıxışlarını daim yaxından izləyən mütəxəssis komandanın 25 yaşlı hücumçusu Maks Kruz haqda yüksək fikirdədir: “Onun qarşısında dayanan müdafiəçilər üçün nə qədər çətin olduğunu çox yaxşı başa düşürəm. Futbolçu kimi çıxış etdiyim vaxt hətta mənim də belə problemlərim olurdu. Mən onun pərəstişkarıyam. Kruz artıq komandanın liderinə çevrilir. 25 yaşlı hücumçu “Borussiya”nın gənc oyunçularını arxasınca aparmaq iqtidarındadır. Maks nəyi nə vaxt etməyi çox gözəl bilir. Mənim üçün o Almaniyanın ən yaxşı hücumçularından biridir”.

Foqts baş məşqçi Maks Eberlin işindən də məmnundur: “Eberl və köməkçiləri böyük işlər görüb. Onun seleksiyaçılarının tapıntıları ilə komanda çox güclənib. İndiki komanda ötən ilkindən fərqli ön sıralarda möhkəmlənir. Mən onların bu il avrokuboklara çıxacağını düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR