Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru Azərbaycana gəlir

Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru Azərbaycana gəlir
# 08 aprel 2015 11:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rot Azərbaycana səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Martin Rotu Azərbaycana dəvət etmişdi.

Professor M. Rot və onu müşayiət edən köməkçisi Yekaterina Taşeva 8-10 aprel tarixində Azərbaycanda səfərdə olacaqlar.

Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.

Səfər çərçivəsində Martin Rot aprelin 9-da Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR