İranla “altılıq” ölkələri arasında növbəti danışıqların yeri və tarixi açıqlanıb

İranla “altılıq” ölkələri arasında növbəti danışıqların yeri və tarixi açıqlanıb
# 17 oktyabr 2013 02:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin yeri və tarixi məlum olub. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar oktyabrın 15-16-da Cenevrədə keçirilmiş danışıqlarda qəbul edilib.

Qərara əsasən, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri noyabrın 7-8-də Cenevrə şəhərində keçiriləcək. Bundan öncə isə ekspertlər səviyyəsində texniki məsələlərlə bağlı iclas keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR