İran özünün ən böyük pilotsuz təyyarəsinin təqdimatını keçirib

İran özünün ən böyük pilotsuz təyyarəsinin təqdimatını keçirib
# 18 noyabr 2013 12:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İran özünün ən böyük pilotsuz təyyarəsinin təqdimatını keçirib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, tədbirdə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan da iştirak edib.

H.Dehqan bildirib ki, “Fotros” pilotsuz təyyarəsi 25 min fut yüksəklikdə 2000 kilometr radiusda 16-30 saat havada qalmaq qabiliyyətinə malikdir: “Eyni zamanda təyyarə yük daşımaq, kəşfiyyat aparmaq, hətta raketlərlə təchiz edilmək bacarığı ilə hərbi əməliyyatlarda istifadə də oluna bilər. “Fortos” ölkənin quru və dəniz sərhədlərinin, neft kəmərləri, informasiya obyektləri və antenalarının qorunması, nəqliyyatın hərəkətinə, zəlzələ, yanğın və sel kimi təbii fəlakətlər baş vermiş bölgələrə nəzarət edilməsi, film və foto göndərmək kimi qabiliyyətlərinə malikdir. Bu təyyarə tamamilə yerli mütəxəssislərin potensialı hesabına istehsal edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR