Bakıda avtomobildən oğurluq edən şəxs tutulub

Bakıda avtomobildən oğurluq edən şəxs tutulub
# 01 may 2015 09:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 10-cu Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 29-da saat 18 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində Bakı şəhər sakini Ramin Hidayətova məxsus “Kia” markalı avtomobildən açıq qalmış qapısından daxil olmaqla saxlanc yerindən 2700 ABŞ dolları və 30000 rus rublu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Vaqif Alman oğlu Abbasov müəyyən olunaraq tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR