“Azərbaycanda Rəqabət və Ticarət” layihəsi yekunlaşıb - FOTO

“Azərbaycanda Rəqabət və Ticarət” layihəsi yekunlaşıb - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycan hökumətinin üç illik iqtisadi ticarət layihəsinin nəticələrinə dair tədbir keçirilir.

APA-Economics”in xəbərinə görə, “Azərbaycanda Rəqabət və Ticarət” (ART) layihəsinin tamamlanmasını qeyd etmək məqsədilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, eləcə də ABŞ və Azərbaycan hökumətinin nümayəndələri, özəl sektordan olan tərəfdaşlar, Bakı şəhərindən kənarda olan benefisiarlar iştirak edirlər.


Qeyd edək ki, ABŞ və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən 22 mln. dollar məbləğində büdcəyə malik ART layihəsi Azərbaycanda daxili biznes mühitinin inkişaf etdirilməsinə, azad və şəffaf ticarət mühitinin yaradılmasına və kənd təsərrüfatına dəyər zəncirinin inkişafına kömək edib.


Layihə kənd təsərrüfatı sektorunda kiçik və ortahəcmli sahibkarlara kreditlərin verilməsi üçün bankları həvəsləndirmək və kredit vermə proseslərini sadələşdirmək üçün mexanizmlər hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR