Tacikistan müftisi Azərbaycanda keçirilən konfransda rus dilindən imtina edərək ərəb dilində çıxış edib

Tacikistan müftisi Azərbaycanda keçirilən konfransda rus dilindən imtina edərək ərəb dilində çıxış edib
# 16 aprel 2013 11:30 (UTC +04:00)

APA-nın məlumatına görə, konfransın açılışından sonra davam edən ikinci hissəsində 15 ölkədən gəlmiş müxtəlif dini liderlər çıxışları zamanı post sovet ölkələrindən olan dini liderlər ardıcıl olaraq rus dilində çıxış ediblər.

Çıxış növbəsi post sovet ölkələrindən Tacikistan müsəlmanlarının lideri, ölkə müftisi Seyidmükərram Əbdüləqadirzadəyə çatdıqda isə o çıxışına girişi rus dilində başlasa da, sonradan çıxışını ərəb dilində davam etdirəcəyini bildirib, bunu tədbirin ruhuna uyğun olaraq İslam ortamı yaratmaq istəyi ilə izah edib.

Çıxışını ərəb dilində davam etdirən S. Əbdüləqadirzadə ölkəsinin prezidentinin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb, bütün müsəlman ölkələrinə, xüsusilə də keçmiş SSRİ-yə daxil olan müsəlman ölkələrinə daimi qardaşlıq və azadlıq arzu edib. O İslami dəyərlərin daim sülhə və əmin-amanlığa xidmət etməsini xüsusilə diqqətə çatdıraraq bunu bəzi qüvvələrin regionda təhrif etməsini tənqid edib.

Konfransın ikinci hissəsinə moderatorluq edən Beynəlxalq İslam Missiyasının prezidenti, Qafqaz MÜsəlmanlar İdarəsinin Rusiya üzrə nümayəndəsi Şafiq Psixaçev Tacikistan müftisinə bəzi məsələlərlə bağlı Rusiyada görüş təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR