Rəsmi Moskva ATƏT-in Ukrayna-Rusiya sərhədinə müşahidəçilər göndərmək qərarını müsbət qarşılayıb

Rəsmi Moskva ATƏT-in Ukrayna-Rusiya sərhədinə müşahidəçilər göndərmək qərarını müsbət qarşılayıb
# 24 iyul 2014 16:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Ukrayna-Rusiya sərhədində yerləşən “Donetsk” və “Qukovo” keçid məntəqələrinə müşahidəçi missiya göndərmək qərarını müsbət qarşılayıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O qeyd edib ki, Moskva iyulun 2-də qəbul olunmuş Berlin bəyannaməsinin davamı kimi bu missiyanın göndərilməsinə etiraz etmir: “Lakin biz istəyirik ki, qrupun tərkibində əsasən Almaniya, Fransa və İsveçrə vətəndaşları olsun. Biz bu barədə razılıq əldə etmişik və razılığa əməl olunacağına ümid edirik”.

Nazir müavinin sözlərinə görə, ATƏT nümayəndələri Rusiya ərazisində də müşahidələr aparacaqlar: “Tərkibi öyrənənədək gözləyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR