YAP Gənclər Birliyi Türkiyədə rəsmi səfərdədir

YAP Gənclər Birliyi Türkiyədə rəsmi səfərdədir
# 18 avqust 2015 14:51 (UTC +04:00)

Təşkilatdan APA-ya verilən məlumata görə, səfərin ilk günündə hakim partiyanın gənclər birliyinin nümayəndə heyəti bir sıra görüşlər keçiriblər.

Onlar günün birinci yarısında 1999-cu il 17 avqust tarixində Marmarada baş verən zəlzələ nəticəsində həlak olmuş minlərlə insanın xatirəsinin anım tədbirinə qatılıblar. Daha sonra YAP Gənclər Birliyinin üzvləri Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının söz yazarı Mehmet Akif Ersoyun yaşayıb-yaratdığı ev muzeyini ziyarət etmiş, həmçinin ev muzeyinin qarşısında Mehmet Akif Ersoyun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar. Fotosərgi ilə tanışlıqdan sonra YAP Gənclərini müşayət edən Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Qollarının sədr müavini, Millət Vəkili Mahmut Sami Mallı bu cür səfərdən məmnun olduğunu bildirmişdir. YAP və AKP gəncləri dəyirmi masa ətrafında prespektiv planlar və müştərək layihələr haqqında geniş diskussiyalar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR