Səfir Riçard Morninqstar Qəbələnin Nic qəsəbəsində yerləşən “Cotari” Alban kilsəsi ilə tanış olub - FOTO

Səfir Riçard Morninqstar Qəbələnin Nic qəsəbəsində yerləşən “Cotari” Alban kilsəsi ilə tanış olub - <span style="color: red;">FOTO
# 14 may 2013 14:25 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir Riçard Morninqstar Nic qəsəbəsində yaşayan azsaylı xalq olan udilərin yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanıb.

Səfirə məlumat verilib ki, “Cotari“ Alban kilsəsi (məbədi) Qəbələnin Nic qəsəbəsində tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udinlər mehriban şəkildə bir yerdə yaşayırlar. Dövlət tərəfindən udinlərə öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün yüksək şərait yaradılıb. Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdikləri 5-7 pir var. Altı min əhalisi olan kənddə 3700 udi yaşayır. Azərbaycanda 4000 udi yaşayır ki, onların da 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Sonra səfir və xanımı şam yandırıb, kilsənin xatirə kitabına ürək sözlərini yazıb, dini rəhbərə kitab hədiyyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR