Suriyada humanitar təşkilatın 5 üzvü azad edilib

Suriyada humanitar təşkilatın 5 üzvü azad edilib
# 16 may 2014 01:21 (UTC +04:00)

Bakı-APA. Suriyada “Sərhədsiz həkimlər” humanitar təşkilatının 5 üzvü azad edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Qeyd edək, ki təşkilatın əməkdaşları bu ilin yanvarında silahlı şəxslər tərəfindən girov götürülmüşdü.

Məlumata görə, girov götürülənlərdən 3-ü aprelin 4-də, 2-si isə mayın 14-də azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR