“Milan”ın baş məşqçisi istefaya göndərilib

“Milan”ın baş məşqçisi istefaya göndərilib
# 13 yanvar 2014 13:07 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssisin istefası bu gün rəsmiləşib.


Milan təmsilçisi müqaviləsinin müddəti iyul ayında başa çatacaq Alleqrini uğursuz nəticələr səbəbi ilə istefaya göndərib. Komanda müvəqqəti olaraq, texniki direktor Mauro Tassottiyə tapşırılıb.

“Milan”ın baş məşqçisi postuna ən real namizəd kimi “rossonerilər”in əfasnəvi futbolçusu, hazırda Braziliyanın “Botafoqo” klubunda çıxış edən hollandiyalı Klarens Zedorff göstərilir.

Qeyd edək ki, Massimiliano Aleqqri 2010-cu ildən “Milan”ı çalışdırır. Onun rəhbərliyi altında “qara-qırmızılar” İtaliya çempionluğu və Superkubokunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR