Tiflisdə Azərbaycana məxsus yük maşını aşıb - FOTO

Tiflisdə Azərbaycana məxsus yük maşını aşıb - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 16:20 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün axşamüstü Tiflisin Orta Cala məhəlləsində yol-qəza hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhər Təcili Yardım Xidməti Xəstəxanasına məxsus olan GE EMS-053 dövlət nişanlı avtomobil Azərbaycanın Tovuz rayonunun Aşağı Ayıblı kənd sakini Habil Rzayevə məxsus AZ 61-BD-821 nişanlı “QAZEL” markalı yük maşını ilə toqquşub. Nəticədə 4 ton 600 kiloqram kartofla dolu yük maşını yolun kənarında aşıb. Nəticədə yük maşınının iki təkəri partlayıb, yanacaq yola dağılıb. Yanğın baş verməməsi üçün hadisə yerinə Tiflis şəhər Fövqəladə hallar xidmətinin əməkdaşları çağırılıb. Təcili yardım maşını əzilib.

Yük maşınının sürücüsü Habil Rzayev APA-ya açıqlamasında yolun əks istiqamətindən sürətlə gələn avtomobilin onun idarə etdiyi yük maşınını vurub aşırdığını deyib.

Təcili yardım maşınının sürücüsü Laşa Koriaşvili isə APA-ya “QAZEL”in yüksək sürətlə idarə olunduğunu bildirib, günahın qarşı tərəfdə olduğunu açıqlayıb.

Hadisə ilə bağlı Yol-patrul xidməti heç bir açıqlama vermək istəməyib, lakin faktın araşdırılacağı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR