Öz mənzilində yıxılıb huşunu itirən Xırdalan sakini xilas edilib

Öz mənzilində yıxılıb huşunu itirən Xırdalan sakini xilas edilib
# 04 noyabr 2013 23:47 (UTC +04:00)

Bakı-APA. Xırdalan şəhərində, mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal anzirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə açıb.

Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizdə yıxılmış, huşsuz vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR